Baramanı ipəyə çevirənlər | VİDEO

Baramanı ipəyə çevirənlər |    VİDEO
  03 Dekabr 2025    Oxunub:1039
Azərbaycanda baramaçılıq və ipəkçilik əsrlər boyu ölkənin iqtisadiyyatı üçün mühüm rol oynayıb. Bu sahə xüsusilə Azərbaycanın dağlıq bölgələrində inkişaf edib. Ölkəmizin əsasən Şəki, Quba, Lənkəran və Zaqatala rayonlarının tarixən ipəkçilik üçün əlverişli şəraiti ilə seçilib.
Baramaçılıq ipək qurdlarının yemlənərək ipək iplikləri istehsal etməsi prosesi ilə əlaqədardır. Bu fəaliyyət XIX əsrdə ölkəmizdə geniş vüsət alıb. Azərbaycan ipəyi dünyada məşhurlaşıb. Keçən əsrin əvvəllərindən etibarən ipəkçilik və baramaçılıq dövlət tərəfindən daha da inkişaf etdirilib.


Müstəqillik illərindən başlayaraq Azərbaycanda bu sahə dövlətin qayğısı nəticəsində yenidən canlanmağa başlamışdır. İpəkçilik həm yerli istehsalçıların, həm də ölkəyə xarici investisiyaların marağını cəlb edən sahədir. Baramaçılığın inkişafı, eyni zamanda, kəndlərdə işsizlik probleminin həllinə töhfə verir, kənd təsərrüfatı ilə bağlı iqtisadiyyatı gücləndirir. İpəkçilik Azərbaycanın qeyri-neft sektoru üçün də mühüm bir sahə sayılır.


Dövlət Turizm Agentliyinin mütəmadi təşkil etdiyi mediaturlarda ölkəmizdə ipəkçiliyin daimi inkişafı, bu sahəyə həm yerli, həm də xarici turistlərin artan marağı əyani şəkildə ictimaiyyətə çatdırılır.

AzVision.az


Teqlər: baramaçılıq   ipəkçilik   reportaj  



Xəbər lenti